XƏBƏRLƏR / Qonşular

Rusiya və İran birgə dənizçilik konsorsiumu yaratmaq istəyir

Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib

Rusiya və İran birgə dənizçilik konsorsiumu yaratmaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya və İran birgə dənizçilik konsorsiumu yaratmağı planlaşdırır. Tərəflər hazırda gələcək müqavilənin təfərrüatlarını müzakirə edirlər, İranın Moskvadakı səfiri Kazem Cəlali sosial media platforması X-də bildirib.

    Cəlali vurğulayıb ki, razılaşma 6-7 noyabr tarixlərində Mahaçqalada keçirilən və hər iki ölkənin böyük şirkətlərinin nümayəndələrinin və rəhbərliyinin iştirak etdiyi danışıqlar zamanı əldə edilib.

    Səfirin sözlərinə görə, "bu konsorsiumun strukturu və çərçivəsi barədə razılıq əldə edilib və növbəti ay ərzində danışıqlar zamanı təfərrüatları və rəsmi mətni hazırlamaq və təqdim etmək barədə razılığa gəlinib".

    Cəlalinin sözlərinə görə, konsorsiumun yaradılmasının əsas məqsədi ticarət, nəqliyyat və tranziti inkişaf etdirməkdir.