XƏBƏRLƏR / Qonşular

İrəvanda Ermənistan-Türkiyə işçi qrupunun 2-ci iclası keçib

Birgə işçi qrupu iki ölkə sərhəddində yerləşən tarixi Ani Körpüsünün bərpasını müzakirə edib

İrəvanda Ermənistan-Türkiyə işçi qrupunun 2-ci iclası keçib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 4-də İrəvanda tarixi Ani Körpüsünün bərpası üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun ikinci iclası keçirildi.

    Tərəflər 2026-cı il mayın 4-də İrəvanda imzalanmış tarixi Ani Körpüsünün birgə bərpası ilə bağlı protokolun əhəmiyyətini vurğuladılar. İştirakçılar imzalanmış protokolun tez bir zamanda həyata keçirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəldilər.

    Xatırladaq ki, mayın 4-də İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı zamanı Ermənistan və Türkiyə Ani Körpüsünün bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar. İmza mərasimi Ani Körpüsünün bərpası üzrə işçi qrupunun ilk iclası zamanı baş tutub.