XƏBƏRLƏR / Qonşular

Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək

Bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib

Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə və Ermənistan tarixi Ani körpüsünü birlikdə bərpa edəcək.

    Türkiyə mediasının xəbərinə görə, bu barədə 8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısında iştirak etmək üçün İrəvanda səfərdə olan Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə bildirib.

    O, Türkiyənin bununla bağlı Ermənistanla müqavilə imzalandığını açıqlayıb.

    Müqaviləni Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imzalayıblar.

    Qeyd edək ki, Ani körpüsü Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidədir. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir

    Cevdet Yılmaz Ermənistan Baş naziri Nikol Paşinyanla məhsuldar görüş keçirdiyini də vurğulayıb.