Alen Simonyan: Mağazalarımızda Azərbaycan malları olacaq
Ermənistan parlamentinin spikeri bu mövzunu bu gün jurnalistlərlə brifinqdə müzakirə edib

Ermənistan parlamentinin spikeri Alen Simonyan iki ölkə arasında sülh sazişinin imzalanmasından sonra Azərbaycanla iqtisadi əməkdaşlığı şərh edib.
Erməni KİV-nin verdiyi məlumata görə, A.Simonyan bu mövzunu bu gün jurnalistlərlə brifinqdə müzakirə edib.
"Bizim mağazalarımızda (Ermənistanda) Azərbaycan malları olacaq. Məsələn, ermənilər benzini daha ucuz alacaqlar, bu qaçılmazdır", - parlament spikeri deyib.