XƏBƏRLƏR / Qonşular

Ermənistan Müdafiə Nazirliyi ABŞ-ın nəzarətinə keçir

Bu barədə ABŞ dövlət katibinin müavini Uzra Zeya erməni mətbuatına bildirib

Ermənistan Müdafiə Nazirliyi ABŞ-ın nəzarətinə keçir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Amerika ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində işləyəcək, bu barədə ABŞ dövlət katibinin müavini Uzra Zeya erməni mətbuatına bildirib: "Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində işləməsi barədə qərarı təsdiq edirəm. Bu, çoxdan gözlənilən hadisədir, daha ətraflı məlumatı səfirimizdən və media nümayəndələrimizdən öyrənə bilərsiniz."

    O, ABŞ və Ermənistan arasında müdafiə, mülki və təhlükəsizlik sahələrində dərinləşən əməkdaşlığı alqışlayıb.

    Zeya, bunu “Ermənistan-Amerika münasibətlərində tərəfdaşlığın yeni – strateji mərhələsinə keçiddə tarixi fakt” adlandırıb.

    O ki, qaldı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlü olmasına, dövlət katibinin müavini bunu ölkənin daxili işi adlandırıb.

    O deyib ki, ölkəsi rəsmi İrəvanın bu qərarına hörmətlə yanaşır.

    “Ermənistan KTMT-nin üzvü olmaqda, bizim əlaqələrimiz isə möhkəmlənməkdə davam edir. Rusiyanın burada hərbi bazasının regiona sülh və sabitlik gətirəcəyinə dair arqumentlərin isbatı yoxdur”, deyə U. Zeya əlavə edib.