XƏBƏRLƏR / Qonşular

İran naziri İrəvanda Ermənistan sərhədlərinin dərdini çəkir

Müdafiə naziri Əziz Nəsirzadə Ermənistana səfərə gəlib

İran naziri İrəvanda Ermənistan sərhədlərinin dərdini çəkir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehran Ermənistan-İran sərhədində heç bir müdaxiləyə imkan verməyəcək və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə qarşı çıxacaq.

    Bunu İranın müdafiə naziri Əziz Nəsirzadə İrəvanda erməni həmkarı Suren Papikyanla görüşündə deyib.

    "Mehrnews"un məlumatına görə, E.Nəsirzadə vurğulayıb ki, bu sərhəd iki xalq arasında tarixi əlaqə yoludur.