XƏBƏRLƏR / Qonşular

Fərid Qayıbov gürcü nazirlə görüşdü

Bu barədə Gənclər və İdman Nazirliyindən xəbər verilib

Fərid Qayıbov gürcü nazirlə görüşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşüb. 

    Görüş zamanı iki ölkə arasında gənclər sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkələr arasında təcrübə mübadiləsinin gələcək perspektivləri müzakirə edilib.