XƏBƏRLƏR / Qonşular

İranda SEPAH etirazların qarşısını almağı tələb edir

SEPAH-a bağlı “Qüds qanadı” adlı Teleqram kanalı bazarda yaranan xaosla bağlı narahatlıq ifadə edib

İranda SEPAH etirazların qarşısını almağı tələb edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • SEPAH hökuməti etirazalara reaksiya verməyə çağırdı 

    SEPAH-a bağlı “Qüds qanadı” adlı Teleqram kanalı Tehranda mağaza satıcılarının dinc tətili və bazarda yaranan xaosla bağlı narahatlıq ifadə edib. 

    Kanal iqtisadi böhranın dərinləşdiyini vurğulayaraq, vəziyyətə lazımi reaksiyanın verilməməsinin təhlükəli nəticələr doğura biləcəyini bildirib.

    Paylaşımda qeyd olunub ki, rəsmi qurumlar xalqın etirazlarına adekvat cavab verməlidir. Əks halda, mövcud gərginliyin İsraillə yeni bir müharibə üçün zəmin yarada biləcəyi xəbərdarlığı edilib.

    Qeyd edək ki, Tehranda satıcılar bazarda yaranmış xaosa və iqtisadi vəziyyətə etiraz olaraq bazar günü tətilə başlayıblar.