Ermənistan Müdafiə Nazirliyinin binası partladıldı VİDEO
"Sputnik Armenia" xəbər verir
İrəvanda Ermənistan Müdafiə Nazirliyinin son illərdə Dövlət Gəlirləri Komitəsinin balansında olan keçmiş binası sökülmək məqsədilə partladılıb.
"Sputnik Armenia" xəbər verir ki, bu yerdə Dövlət Gəlirləri Komitəsinin inzibati binasını tikməyi və Xarici İqtisadi Fəaliyyət Mərkəzi yaratmağı planlaşdırırlar.
2022-ci ilin yayının sonundan etibarən mənzilsiz qalan həssas ailələr boş binaya köçməyə başlamışdılar. Amma hamı 2023-cü ilin fevralında çıxarılıb.