"İranla qonşuluq münasibətlərinin inkişafında maraqlıyıq"
Bunu XİN sözçüsü Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaninin 10 aprel tarixli şərhi barədə deyib
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 10 aprel tarixli şərhinnə cavab verib
Cavabda deyilir: "Xarici işlər nazirləri arasında baş tutmuş son telefon danışıqları zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir.
Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İran ilə hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycan Respublikasının xarici siyasətinin dəyişməz prioritetidir. Bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir. "