Gürcüstanda “Xarici təsir haqqında” qanun sabah qəbul edilir
Parlamentinin Hüquq Məsələləri Komitəsi bir dəqiqə ərzində qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib VİDEO
Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsi bir dəqiqə ərzində “Xarici təsir haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.
Toplanan əksər deputatların (müxalifətə icazə verilməyib) sənədlə bağlı hər hansı şərhi olmayıb və sabah, mayın 14-də o, yekun səsverməyə çıxarılacaq (əvvəllər tarix 17 may idi).
Əgər fövqəladə bir şey baş verməsə, qanun sabah keçiriləcək plenar iclasda təsdiqlənəcək.
Bununla bağlı Tbilisidə etrazlar və polislə toqquşalar davam edir.