K.Kılıçdaroğlunun namizədliyi irəli sürüldü
Onun sənədləri Ali Seçki Komissiyasına təqdim edilib
Türkiyədə müxalif “Millət İttifaqı" Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürüb. Onun sənədləri Ali Seçki Komissiyasına təqdim edilib.
CHP sədrinə İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası dəstək verir.
Xatırladaq ki, ötən gün “Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Ali Seçki Komissiyasına müraciət etmişdi.