Samvel Babayan Ruben Vardanyanı aşağıladı
Qondsarma "DQR"-in keçmiş "komandanı" dələduz Vardaniyanın "xeyriyyəçi" olması mifini darmadağın etdi
Ermənistanda beynəlxalq dələduz Ruben Vardanyanın mediası qondarma "DQR"-in keçmiş "komandanı" Samvel Babayanı tənqid edən silsilə məqalələrə cavab olaraq Babayan Ruben Vardanyanın xeyriyəçi olması barədə geniş yayılan uydurmanı təkzib edib:
"Deyirlər ki, o, böyük xeyriyyəçidir. Gəlin faktlarla danışaq. Mənə heç olmasa bir məktəb, bir uşaq bağçası, bir xəstəxana və ya Ruben Vardanyanın ianə toplama kampaniyaları vasitəsilə deyil, öz pulu ilə tikilmiş bir infrastruktur obyekti göstərin. Yoxdur? Onda gopa basmağı dayandırın."

Qeyd edək ki, Samvel Babayan “AnewZ” telekanalının dələduz Ruben Vardanyan haqqında çəkdiyi “The Oligarch’s Design” sənədli filmində də Vardanyanı sərt tənqid etmişdi.
1 dəqiqədən az