XƏBƏRLƏR / Qonşular

Ermənistanla sərhədin dəqiqləşdirilməsinə başlanıldı

Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidməti xəbər verib

Ermənistanla sərhədin dəqiqləşdirilməsinə başlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.

    Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatında qeyd edilib.

    "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb", - məlumatda vurğulanıb.