Tbilisidə etiraz aksiyaları zamanı polis 107 nəfəri saxlayıb
Bu barədə "Sputnik" xəbər verib YENİLƏNİB
Tbilisidə gecə keçirilən etiraz aksiyaları zamanı polis 107 nəfəri saxlayıb, 10 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
Saxlanılanlar polisin əmrinə tabe olmamaqda, xırda xuliqanlıqda və inzibati xətalarda ittiham olunurlar.
“Gecə boyu etirazçılar polisə şifahi və fiziki müqavimət göstərib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və dəmir əşyalar atıblar, 10 polis əməkdaşı yaralanıb, onlardan biri yanıq xəsarətləri ilə xəstəxanadadır” - DİN-in bəyanatında deyilir.
***
29.11.2024-cü il
20:10
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.