İran prezidenti Pakistanda səfərdədir
İbrahim Rəisinin səfəri çərçivəsində bəzi sənədlər imzalanacaq
İran Prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu gün (22 aprel - red.) Pakistanın paytaxtı İslamabada gedib.
İran Prezidentini Pakistanın əmək və mənzil naziri Hüseyn Pirzadə və digər rəsmilər qarşılayıblar.
Səfər çərçivəsində Rəisi Pakistan rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.
İran Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında ticarət, səhiyyə, iqtisadiyyat, təhlükəsizlik, ədliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.
IRNA xəbər verir ki, İ.Rəisi artıq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.