İrəvan İranla sərhəddə yeni gömrük məntəqəsi tikəcək
Hal-hazırda fəaliyyətdə olan Aqarak məntəqəsi masir tələblərə cavab vermir
Ermənistan İranla sərhəddə yeni gömrük məntəqəsi tikəcək.
İranla sərhəddə yerləşən Meğridə sıfırdan yeni gömrük məntəqəsi tikiləcək. Bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan deyib.
Onun sözlərinə görə, yeni məntəqə ən yaxşı beynəlxalq standartlara cavab verəcək. Onlar həmçinin rəsmiləşdirmə prosedurlarını sürətləndirəcək və gömrük nəzarətinin səmərəliliyini artıracaq.