Oyuncaq “Artsax”ın binası əlindən alındı
Ermənistan İnzibati Məhkəməsi bu barədə qərar çıxarıb
Ermənistan İnzibati Məhkəməsi oyuncaq "Artsax respublikasının İrəvan nümayəndəliyinə" mülkiyyət hüquqlarını ləğv edib.
İddia ərizəsi Ermənistanın Baş Prokuroru tərəfindən təqdim edilib və o, əmlakın "Artsax respublikasının" mülkiyyəti kimi tanınması ilə bağlı dövlət qeydiyyatının etibarsız hesab edilməsini tələb edib. Məhkəmə hökumətin xeyrinə qərar verib.
Qərardan İnzibati Apellyasiya Məhkəməsinə şikayət edilməsi gözlənilir.
1 dəqiqədən az