XƏBƏRLƏR / Qonşular

Ermənistanda müxalifətin aksiyaları səngimir YENİLƏNİB

Bu barədə Ermənistan mətbuatı xəbər verir

Ermənistanda müxalifətin aksiyaları səngimir YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:41

    Son məlumata görə, Ermənistan hökumətinin iclası sabaha təxirə salınıb. Bu, yalnız indi məlum olub

    "Baş nazir Nikol Paşinyan bu gün parlamentdə 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələrdə iştirak edəcək. Buna görə də bu gün saat 11:00-da baş tutmalı olan hökumət iclası iyunun 14-nə təxirə salınıb". Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

    Daha əvvəl bildirilmişdi ki, etiraz hərəkatı aksiya keçirmək üçün hökumət binasına üz tutub.

    Bu arada Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, dünən saat 09.30-a olan məlumata görə, parlamentin qarşısında keçirilən etiraz aksiyasından sonra 101 vətəndaş həkimə müraciət edib.

    Artıq 85 nəfər xəstəxanadan buraxılıb, daha 16 nəfər isə müşahidə altındadır. Əl zədəsi ilə əməliyyat olunan xəstənin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

    ***

    09:12

    Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" müxalifət hərəkatı iyunun 13-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini elan edib.

    Bu barədə Ermənistan mətbuatı xəbər verir.

    Qeyd edək ki, dünən müxalifətin çadır qurduğu və müddətsiz aksiya keçirdiyi parlament binasında xüsusi vasitələrdən istifadə edən polislə toqquşması baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət almış 79 vətəndaş yardım üçün müraciət edib. DİN-in mətbuat xidməti 98 nəfərin saxlanıldığını bildirib.

    Son məlumata görə,  Ermənistan hökumətinin iclası sabaha təxirə salınıb.