Xamenei Pavel Durovun saxlanılmasından danışıb
Bu barədə rəhbər yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb
İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei “Telegram” messencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.
Xamenei Durovun saxlanılmasından yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.
“Kiberməkanda hər yerdə idarəetmə var. Gördünüz ki, bu yazıq gənci (Pavel Durovu - ANSPress) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər. Bu, onların qaydaları pozduğunu göstərir", - Xamenei deyib.
Qeyd edək ki, İranda altı ildən çoxdur ki, "Telegram"ın fəaliyyəti qadağan edilib.