XƏBƏRLƏR / Qonşular

Gürcüstanla Cənub Qaz Dəhlizi sazişi gələn il bitir

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib

Gürcüstanla Cənub Qaz Dəhlizi sazişi gələn il bitir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cənub Qaz Dəhlizi ilə bağlı saziş gələn ilin sonuna qədər qüvvədədir.

    Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

    O, Gürcüstanın Azərbaycan tərəfi ilə danışıqlar aparacağını qeyd edib.

    “Dostluğumuzu nəzərə alaraq, əminəm ki, bu danışıqlar çox konstruktiv və səmimi şəkildə aparılacaq. Gəlin danışıqların nəticələrini gözləyək. Nəticələr barədə öncədən danışmaq düzgün olmazdı. Biz məsləhətləşmələri səmimi şəkildə aparacağıq və ümid edirik ki, iki ölkə arasında müvafiq razılaşma əldə olunacaq”, - Kobaxidze əlavə edib.