XƏBƏRLƏR / Qonşular

Paşinyan Qazaxıstana gedəcək

O, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında ​​bildirib

Paşinyan Qazaxıstana gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.

    O, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında ​​bildirib.

    "Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik", - Paşinyan qeyd edib.