Türkiyə müxalifəti prezidentliyə namizədini hələ açıqlamır
İttifaq vahid namizədinin adını açıqlayacağı vaxtı deyib
Türkiyənin altı müxalifət partiyasının ittifaqı yalnız seçki təqvimi ilə bağlı vəziyyət aydınlaşdıqdan sonra prezidentliyə vahid namizədin adını açıqlamaq niyyətindədir.
Bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.
Tərəflər şənbə günü növbəti görüş keçirib, orada ölkədəki vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
“Görüşdən sonra partiyaların nümayəndələri bəyan ediblər ki, Konstitusiyaya görə, seçkilər iyunun 18-dən gec olmayaraq keçirilməlidir. Onların mayın 14-də baş tutma ehtimalı azdır... Səsvermənin vaxtı müəyyənləşən kimi partiyalar namizədin adını açıqlayacaqlar”, - nəşr yazır.
Alyans seçkilərin təxirə salınmasına qarşı mübarizə aparacaqlarını qeyd edib.
Alyansın növbəti iclası martın 2-nə təyin edilib.
Daha əvvəl "Habertürk" telekanalı prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası və hakim Xalq Alyansı koalisiyasını təşkil edən Milli Birlik Partiyasındakı mənbələrə istinadən Türkiyə hakimiyyətinin prezident seçkilərini təxirə salmaq niyyətində olmadığını bildirib.