XƏBƏRLƏR / Qonşular

Ermənistan ixrac-idxal ilə bağlı ciddi çətinliklər yaşayır

İsrail-İran savaşı ilə bağlı yaranan problemlər haqda Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan danışıb

Ermənistan ixrac-idxal ilə bağlı ciddi çətinliklər yaşayır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan İsrail-İran savaşı ilı bağlı ölkənin çətin vəziyyətə düşdüyünü elan edib. Papoyan deyib: "Ermənistan Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən malların ixracı və idxalı ilə bağlı çətinliklər yaşayır".

    "Bizim həm İrana, həm də onun ərazisi vasitəsilə idxal və ixracla bağlı çətinliklərimiz var. Bunlar praktiki olaraq bizdən asılı olmayan amillərdir, lakin ümid edirik ki, münaqişə həll olunacaq və biz əvvəlki kimi İran vasitəsilə yük daşıya biləcəyik", - nazir bildirib.

    Onun sözlərinə görə, İsraillə İran arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar Ermənistan mallarının bir hissəsi Bəndər Abbas limanında və İranda yollarda ilişib qalıb.