İranın Daxili İşlər Nazirliyinin yol polisi rəisi ali dini lider Əli Xomeneinin Tehran, Qum, İraq və Məşhəddə vida, cənazə müşayiəti və dəfn mərasimlərində 18 milyondan 35 milyona qədər insanın iştirak edəcəyini açıqlayıb və deyib: "Bütün polis imkanlarından nəqliyyatın idarə olunması, yol hərəkəti məhdudiyyətlərinin tətbiq edilməsi və bu mərasimin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunacaq".
Bu barədə IRNA xəbər verib.
Əli Xomenei ilə vida mərasimi 3, 4, 5 iyul tarixlərində Tehranda keçiriləcək.
Plana əsasən, cənazə müşayiəti mərasimi 6 iyulda Qum şəhərində, 7 iyulda İraqda, dəfn mərasimi isə 8 iyulda müqəddəs Məşhəd şəhərində keçiriləcək.
O, əlavə edib: "Soydaşlarımızla yanaşı, İraq, Türkiyə, Azərbaycan Respublikası, Əfqanıstan, Hindistan, Pakistan və regionun bəzi digər ölkələrindən olan zəvvarlar və nümayəndə heyətləri də mərasimdə iştirak etməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, İranın ali dini lideri Əli Xomenei 28 fevral 2026-cı il tarixdə ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində ölürülüb.
1 dəqiqə