Ermənistan əhalisi təşviş içində Bakının hücumunu gözləyir
Baş Qərargah rəisi Edvard Asryan əhalini sakitləşdirməyə çalışıb
Ermənistan əhalisi təşviş içində hər an Azərbaycan Silahlı Qüvvələrinin hücumunu gözləyir. Ölkə rəhbərliyi bu gözləntiləri daha da qızışdırır.
İş o yerə çatıb ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan vətəndaşları sakit etmək üçün heç bir təhlükənin olmaması haqda bəyanat verib: "Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin heç bir cəmləşməsini müşahidə etmir, sərhəddə əməliyyat vəziyyəti sabitdir".
Asryan həm də bəyan edib ki, "Ermənistan hələ də KTMT-dən çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri dövlət sirridir."