Molla rejimi keçən il ən azı 834 iranlını edam edib
Bu barədə BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman məlumat yayıb
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın son hesabatına görə, 2023-cü ildə İranda edamların sayı əvvəlki illə müqayisədə 43% artıb.
42 səhifəlik hesabatda 2023-cü ildə ən azı 834 nəfərin edam edildiyi vurğulanır. Qeyd edək ki, BMT İnsan Hüquqları Şurasının 55-ci sessiyası fevralın 20-də başlayıb və aprelin 6-dək davam edəcək.
Cavaid Rəhman London Brunel Universitetinin professorudur.