Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə görüşüb
Baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayev sərhəddə görüş keçirib

Ermənistan baş nazirinin müavininin ofisindən SputnikARM-a verilən məlumata görə, sentyabrın 5-də Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri sərhədyanı rayonlara baş tutub.
Ermənistan tərəfinin səfərləri Sünik (Zəngəzur) rayonunun cənubunda, Azərbaycan tərəfinin isə Zəngilan rayonunun cənubunda baş tutub.
Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.
Növbəti iclasın nə vaxt, harada və gündəliyinin nə olacağı ilə bağlı suala baş nazirin müavininin aparatı cavab verməyib, yalnız bu məsələnin hələ müzakirə olunduğunu bildirib.