XƏBƏRLƏR / Qonşular

İran Zəngəzur dəhlizində Meğri SES tikmək istəyir

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan İranda enerji naziri Abbas Əliabadi ilə görüşüb

İran Zəngəzur dəhlizində Meğri SES tikmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan və İran Gürcüstan və Rusiyaya elektrik dəhlizlərinin yaradılmasını müzakirə ediblər.

    Tehranda səfərdə olan Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan İranın Enerji naziri Abbas Əliabadi ilə görüşüb. Tərəflər üçüncü elektrik ötürücü xəttinin çəkilməsi üzrə 12 illik layihənin həyata keçirilməsinin və başa çatdırılmasının sürətləndirilməsində əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar.

    Bundan əlavə, İran-Ermənistan-Gürcüstan-Rusiya elektrik dəhlizlərinin yaradılması müzakirə olunub. "Bizim üçün maraqlı olan ən vacib layihələrdən biri İran elektrik şəbəkəsini şimal ölkələri ilə birləşdirməkdir və Ermənistan bu marşrutda əsas əlaqələrdən biridir. Ermənistanla yanaşı, digər ölkələr də bu planda iştirak edir və biz İran, Ermənistan, Gürcüstan və Rusiyanı birləşdirəcək layihənin istismara verilməsi imkanlarını nəzərdən keçiririk", - deyə İran naziri görüşdə qeyd edib.

    Görüşdə İranın energetika naziri Meğri su elektrik stansiyasının (SES) tikintisi məsələsini qaldırıb və Ermənistan tərəfi əvvəllər əldə edilmiş razılaşmalara istinad edərək onun tikintisində əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Həmçinin, Oman şirkətinin Meğri SES-ın tikinti layihəsini maliyyələşdirmək və həyata keçirmək istəyini bildirdiyi də açıqlanıb.