Azərbaycan və Ermənistan komissiyalarının iclası başlayıb
Üç rayonun mina xəritəsinin verilməsi gözlənilir FOTO
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb.
Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Görüş İcevanla Qazaxın şərti sərhədində keçirilir.
Məlumata görə, görüşdə işğaldan azad olunan üç rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi (ermənilər bu məlumatı təkzib edib) və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub.