Türkiyə XİN-dən Xocalı qətliamı ilə bağlı paylaşım
"O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib"
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 32-ci ildöümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib".