Ermənistan-Azərbaycan sərhədinə tikanlı məftillər çəkilib
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib
Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında aparılımış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib. Bu barədə Zəngəzur bölgəsinə səfər edən baş nazir Nikol Paşinyan yerli sakinlərlə görüşdə bildirib.
O, sakinlərə tikanlı məftillərin fotosunu göstərərək bundan sonra insanların və ya heyvanların sərhəddin bir tərəfindən digər tərəfinə keçməsinin qeyri-mümkün olacağını qeyd edib.
Paşinyan delimitasiya prosesinin davamı nəticəsində sərhədlərin digər yerlərində də anoloji işlərin görüləcəyini vəd edib.