XƏBƏRLƏR / Qonşular

Rusiya İranda kiçik atom elektrik stansiyaları tikəcək

Rusiyanın "Rosatom" şirkətinin direktoru Lixaçov İranın Atom Enerjisi Təşkilatının rəhbəri Eslami ilə müqavilə bağlayıb

Rusiya İranda kiçik atom elektrik stansiyaları tikəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya və İran İslam Respublikasında kiçik atom elektrik stansiyalarının tikintisinə dair memorandum imzalayıblar.

    “Rosatom”un baş direktoru Aleksey Lixaçov Moskvada İranın Atom Enerjisi Təşkilatının rəhbəri Muhammad Eslami ilə görüşüb. Tərəflər cari layihələrin gedişatını və nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün perspektivli gündəliyi müzakirə ediblər.

    Danışıqların yekununda İslam Respublikasında kiçik atom elektrik stansiyalarının tikintisinə dair anlaşma və əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə bu strateji layihənin həyata keçirilməsinə yönəlmiş konkret addımlar öz əksini tapıb.