XƏBƏRLƏR / Qonşular

Rusiya və İranın Azərbaycandakı səfirləri görüşüb

Tərəflər Azərbaycan ilə Ermənistan münasibətlərini və Qarabağdakı vəziyyəti geniş müzakirə ediblər

Rusiya və İranın Azərbaycandakı səfirləri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Mehr News” xəbər verir ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimov ilə görüşüb.

    Məlumata görə, görüşdə tərəflər Rusiya-İran əlaqələrini, Tehran-Bakı-Moskva üçtərəfli əməkdaşlığını, Azərbaycan ilə Ermənistan arasındakı danışıqlardakı son prosesləri, xüsusilə də Qarabağdakı vəziyyəti geniş müzakirə ediblər.