XƏBƏRLƏR / Qonşular

Türkiyə qonşu İranda xaosun yaranmasını istəmir

Bu barədə Türkiyənin hakim partiyası AKP-nin nümayəndəsi Ömər Çelik bildirib

Türkiyə qonşu İranda xaosun yaranmasını istəmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • TRT Haber-in yaydığı xəbərə görə, Türkiyənin hakim partiyası AKP-nin nümayəndəsi Ömər Çelik İranda yaranmış vəziyyətlə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

    O, deyib: "Qonşu İranda heç bir şəkildə xaosun yaranmasını istəmirik. Təbii ki, İran cəmiyyətində və hökumətində müəyyən problemlərin mövcudluğunu da nəzərdən qaçırmırıq. Lakin bu problemlərin həlli, prezident Pezeşkianın qeyd etdiyi kimi, İran cəmiyyətinin daxili dinamikası və İranın milli iradəsi əsasında baş verməlidir. Xarici müdaxilələr, xüsusən də İsrail tərəfindən təhrik oluna biləcək müdaxilələr daha da fəsadlara gətirib çıxaracaq".