XƏBƏRLƏR / Qonşular

İranda estetik əməliyyatlara maraq artıb

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb

İranda estetik əməliyyatlara maraq artıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranda estetik cərrahiyyəyə tələbat sürətlə artır. Xüsusilə sosial mediada gözəllik standartlarının təzyiqi altında qadınlar arasında bu cür prosedurlara maraq çoxalıb.

    Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

    Rinoplastika (burun əməliyyatı) ilə yanaşı, son illərdə liposaksiya, qarın gərmə, sinə və omba böyütmə kimi əməliyyatlara da tələb artıb.

    Tehrandan olan 29 yaşlı qadın bildirib ki, o, sevgilisinin təsiri ilə bədən quruluşunu dəyişmək qərarına gəlib.

    Estetik prosedurların xərcləri isə müxtəlifdir. İranda sinə böyütmə əməliyyatı 850-1700 dollar, liposaksiya 300-600 dollar arası dəyişir. Tam bədən kontur paketi isə 1800 dollardan başlayır. Müqayisə üçün, eyni prosedurlar ABŞ və Böyük Britaniyada 10.000 dollardan baha başa gəlir. Əvvəllər tabu sayılan estetik prosedurlara artıq iranlı kişilər arasında da maraq artır. Saç əkimi, çənə əməliyyatları, qarın və sinə əzələlərinin formalaşdırılması kişilər arasında populyar seçimlərdir.