Gürcüstan polisi erməni təxribatının qarşısını aldı
Asayiş keşikçiləri ermənilərə separatçı “bayraq”ı qaldırmağa icazə verməyib.
Gürcüstan polisi ermənilərə separatçı “bayraq”ı açmağa imkan verməyib.
Tbilisidəki Vake parkına toplaşan 100-ə yaxın erməni diasporunun nümayəndəsi Avropa İttifaqının (Aİ) ofislərinə doğru yürüş edib. Burada etirazçılar Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Aksiya keçirilən əraziyə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşıb. Polis nümayişçilərə separatçı rejimin “bayrağını” açmağa imkan verməyib. Aİ ofisi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra ərazini tərk ediblər.