XƏBƏRLƏR / Qonşular

Numan Kurtulmuş bu gün Azərbaycana gəlir

Asiya Parlament Assambleyasının 14-cü plenar iclası Bakıda keçiriləcək

Numan Kurtulmuş bu gün Azərbaycana gəlir
Numan Kurtulmuş
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Numan Kurtulmuş bu gün Azərbaycana səfər edəcək.

    Onun rəhbərlik etdiyi nümaayəndə heyəti fevralın 22-dən 24-dək Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edəcək.

    Qeyd edək ki, Asiya Parlament Assambleyasının 14-cü plenar iclası Bakıda keçiriləcək.

    Sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun bəyanatı qəbul olunacaq.

    Xatırladaq ki, Azərbaycan 2024-2025-ci illər üzrə Asiya Parlament Assambleyasına sədrlik edəcək.