Türklər erkən seçkilərin keçirilməsinini istəyirlər
Bunu AREA Research mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir
Sorğuda iştirak edənlərin əksəriyyəti Türkiyədə erkən seçkilərin keçirilməsinin tərəfdarıdır.
Türkiyə sakinlərinin yarıdan bir qədər çoxu, yəni 53,3%-i ölkədə növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsinin tərəfdarıdır. Bunu AREA Research ictimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi sorğunun nəticələri sübut edir.
Onun məlumatına görə, respondentlərin 41,2%-i növbədənkənar seçkilərin əleyhinə çıxıb, 5,5%-i isə bu məsələ ilə bağlı qəti fikri yoxdur.
Sorğu iyulun 4-dən iyulun 7-dək 18 və daha yuxarı yaşda olan 2056 nəfər arasında aparılıb. Səhv həddi müəyyən edilməyib.
2023-cü ilin mayında Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Yeni müddətə yenidən seçilən, Respublika Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan növbəti ümumi seçkilərin 2028-ci ildə planlaşdırıldığı kimi keçiriləcəyini dəfələrlə bəyan edib.