Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.
İclasda dekabrın 16-dan Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov da iştirak edir.
Baş nazir Nikol Paşinyan yenə tədbirə qatılmayıb. İclasda Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edir.