İranda erməni kilsəsində Azərbaycanın əlehinə şüarlar FOTO
Molla rejimi erməniləri Azərbaycana qarşı çıxış etməyə şirnikləndirir
İranda yaşayan ermənilər kilsənin üzərinə anti-Azərbaycan məzmunlu plakat vurublar
İsfahandakı erməni kilsəsinin divarına quraşdırılan plakatda yazılıb:
“Biz “Bakı rejimi” tərəfindən Qarabağ ermənilərinin məcburi köçürülməsini pisləyirik”. (Azərbaycan Respublikası əvəzinə “Bakı rejimi” yazıblar)
Qeyd edək ki, İran ermənilərinin Azərbaycana qarşı bu təxribatçı və özbaşına hərəkətinə, təəssüf ki, İran hökuməti heç bir reaksiya verməyib, əksinə molla rejimi belə təxribatçı addımları alqışlayır. (Azadİran)