Türkiyə-Ermənistan sərhədində dəmir yolu bərpa edilir FOTO
Bu barədə Türkiyə mediası məlumat verir
Türkiyə mediasının məlumatına görə, Qars vilayətinin Akyaka rayonunun qubernatoru İsmayıl Dəmirtaş və Qars Şəhər Şurasının sədri Fuat Arslan Türkiyə ilə Ermənistan sərhədində tikilməkdə olan dəmir yolu xəttini yoxlayıblar.

Sərhəd bölgəsinə baxış zamanı Dəmirtaş podratçının nümayəndəsindən dəmir yolu xəttinin hazırkı vəziyyəti, davam edən fəaliyyətlər və layihənin gedişatı ilə bağlı brifinq dinləyib.
Uzun illərdir bağlı olan Akyaka sərhəd keçid məntəqəsinin (Ermənistan tərəfində Axuryan) yenidən açılması və dəmir yolu xəttinin yerli sakinlər tərəfindən yaxından izlənilməsi gözlənilir. İstismardan sonra bu xəttin Akyakanın ticarət, iqtisadiyyat və nəqliyyat infrastrukturuna əhəmiyyətli dərəcədə töhfə verəcəyi gözlənilir.
1 dəqiqədən az