XƏBƏRLƏR / Qonşular

"Müstəqillik Bəyannaməsinə istinad 30 ildə xalqa nə verdi?"

Bu sualla Ermənistan içtimayyətinə "Məlumatlı Vətəndaşlar Birliyi" ictimai təşkilatının sədri Daniel İoannisyan müraciət edib

"Müstəqillik Bəyannaməsinə istinad 30 ildə xalqa nə verdi?"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda "Məlumatlı Vətəndaşlar Birliyi" ictimai təşkilatının sədri Daniel İoannisyan Azərbaycanın Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına dair tələbi haqda mövqe bildirib. 

    Xatırladaq ki, həmən bu Bəyannamədə "Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" çümlə  var.

    Bununla bağlı İoannisyan  suallar verir:
    "Tutaq ki, Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması müharibə ehtimalını 0,001% azaldır.
    Sual: bu istinadın Konstitusiyada saxlanılması bizə nə verir? Bu istinad Ermənistan Respublikasının vətəndaşlarına, son 30 ildə nə verdi?" deyə o yazıb.

    Qeyd edək ki, Ermənistan revanşist müxalifəti Bəyannaməyə istinadın Konstitusiyadan çıxarılmasının qəti əlehinə çıxış edir. Paşinyanın komandasının hazırladığı yeni Konstitusiyanı "Əliyev konstitusiyası" adlandırırlar.