XƏBƏRLƏR / Qonşular

Alen Simonyanın Azərbaycana səfəri çətin olacaq

Ermənistan parlamentinin spikeri Azərbaycanda ermənilərin mühakimə edilməsini bəhanə gətirib

Alen Simonyanın Azərbaycana səfəri çətin olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Ermənistan tərəfinin Azərbaycana səfəri çətin olacaq, cünki orada ermənilər (separatçı rejimin rəhbərləri - ANS Press) mühakimə olunur. 

    "Onların prezidenti gəlsin, dövlətimizin başçısı onların yanına getsin, mən də gedəcəy'm. Amma elə məsələlər var ki, onları əvvəlcədən müzakirə etmək lazımdır. Təkcə təhlükəsizlik məsələləri deyil, həm də Bakıda insanların (Bakıda mühakimə olunan separatçıları nəzərdə tutur - ANS Press) məsələsi. İnsanların orada saxlandığını bildiyimiz halda ora getmək bizim üçün çətindir", - Simonyan əlavə edib.

    Qeyd edək ki, Alen Simonyanı indiyədək heç kim Azərbaycana dəvət etməyib və bu barədə heç bir müzakirə belə aparılmayıb.