XƏBƏRLƏR / Qonşular

Ermənilər Avropa İttifaqına daxil olmaq fikirindən daşındı?

Ermənistan parlamentinin müvafiq komissiyası qanun layihəsinin 2-ci oxunuşdan əvvəl müzakirəsini təxirə salıb

Ermənilər Avropa İttifaqına daxil olmaq fikirindən daşındı?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan parlamentinin müvafiq komissiyası ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qanun layihəsinin ikinci oxunuşdan əvvəl müzakirəsini təxirə salıb.


    Fevralın 12-də Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanun layihəsini 63 deputat (107 deputatdan) dəstəkləyib, yeddisi əleyhinə çıxıb.

    Qanun layihəsi təşəbbüsü parlamentə təqdim etmək üçün tələb olunan 50 min imza ilə 60 min imza toplayan Eurovot vətəndaş təşəbbüs qrupu tərəfindən hazırlanıb. Yanvarın 9-da sənədə hökumətin iclasında baxılıb, sonra parlamentin müzakirəsinə göndərilib.

    Ermənistan Aİ ilə yaxınlaşmaq, viza rejiminin liberallaşdırılması və digər aspektlər üzrə müzakirələr aparmaq niyyətində olduğunu bildirib. Baş nazir Nikol Paşinyan və respublikanın xarici işlər naziri Aİ-yə daxil olmağın mümkünlüyünü qeyd edərək, ölkənin xarici siyasətinin şaxələndirilməsinin vacibliyinə işarə ediblər.

    Avropa İttifaqı da Ermənistanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.