XƏBƏRLƏR / Qonşular

Qırğızıstan və Çin arasında 32 sənəd imzalandı FOTO

Qırğızıstanda rəsmi səfərdə olan Çin lideri Si Cipin Prezident Japarovla Əbədi mehriban qonşu oldular

Qırğızıstan və Çin arasında 32 sənəd imzalandı FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qırğızıstan və Çin arasında əbədi mehriban qonşuluq müqaviləsi də daxil olmaqla 32 sənəd imzalandı.

    Qırğızıstan və Çin liderləri Sadır Japarov və Si Cinpin təhlükəsizlik, ticarət, investisiya, enerji, sənaye və yüksək texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdilər.

    Onlar Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə və Bedel sərhəd keçid məntəqəsinin inkişafına diqqət yetirdilər.

    Görüşdən sonra Əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və digər 30 sənəd imzalandı.