İranda mədəni inqilab: Halloween qeyd olunur
Bəsic və mülki qeyimli şəxslər bayram edənlərə hücum edib
Tehranda radikal Bəsic və mülki-geyimli qüvvələr Halloween keçirənlərə hücum etdilər.
Tehranın İranşəhr küçəsində bir qrup gəncin Halloween bayramına özəl geyimlər və qrimlərlə toplandığı bir vaxtda Bəsic qüvvələrinin hücumuna məruz qalıb.
Təhlükəsizlik qüvvələri küçəyə girişi bağlayıb və bayram keçirilən məkana daxil olaraq gəncləri qovub.
Şahidlərin dediyinə görə, əllərində dəyənək və üzləri bağlı olan hökumət qüvvələri küçədəki kafeləri bağlatdırıb, müştəriləri oradan çıxarıb və vətəndaşları döyüblər.
Hadisə şahidinin sözlərinə görə, Honərməndan parkında olan ailələr də hökumət qüvvələrinin zorakılığı ilə üzləşiblər.
1 dəqiqədən az