Fransanın XİN başçısı Paşinyanla görüşdü
Bu barədə Ermənistan hökuməti məlumat yayıb
Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Görüş zamanı Laçın yolu və Qarabağdakı vəziyyət müzakirə edilib. Həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyətinə toxunulub.
Qeyd edək ki, Kolonna bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.