Etirazçı yepiskop Paşinyanın yerinə keçmək istəyir VİDEO
Bu gün İrəvanın Respublika meydanında mitinq keçirilib
Ermənistanda müxalif “Vətən uğrunda uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın baş nazir postuna namizədliyini irəli sürüb.
“Sputnik Armenia” xəbər verir ki, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.
Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.
Qalstanyan etirazçıları Nikol Paşinyanın yaşadığı yerə sülh yolu ilə getməyə və təxribatlara uymamağa çağırıb.
VİDEO
“Vətən uğrunda Tavuş” hərəkatının mitinqinin iştirakçıları baş nazir Nikol Paşinyanla görüşmək üçün hökumət bağlarına üz tutublar.
Qeyd edək ki, Paşinyan indi Tavuş bölgəsindədir. O, subasması səbəbindən Dilican-İcevan yolunun zədələnmiş hissəsinə baxış keçirir. Baş nazirin "Telegram" kanalında xəbər verildiyi kimi, burada gücləndirmə işləri aparılır.
O da xəbər verilir ki, Ermənistanda subasma nəticəsində 2 nəfər ölüb, 2 nəfər itkin düşüb. Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib. Nazir infrastruktura - elektrik xətlərinə, qaz kəmərlərinə, içməli su sisteminə daha çox ziyan dəydiyini qeyd edib.