Təbrizin cümə imamı Şəhidlər Qəbiristanlığında dəfn edilib
Dəfn mərasiminə bir çox siyasətçi və ölkə rəsmiləri də qatılıb
Helikopter qəzasında həlak olan Təmrizin cümə imamı Ayətullah Seyid Məhəmməd Əli Haşim bu gün Təbrizdə dəfn edilib.
“Mehr” Agentliyi xəbər verir ki, dəfn mərasimində ictimaiyyətin sıx iştirakı diqqət çəkib.
Dəfn mərasiminə bir çox siyasətçi və ölkə rəsmiləri də qatılıb.
Ayətullah Seyid Məhəmməd Əli Haşim Təbrizdəki Şəhidlər Qəbiristanlığında dəfn edilib.